Xocavənd şəhərində parkı və binaların bərpasına 400 min manat xərclənəcək.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Xocavənd şəhərində yerləşən mərkəzi park, inzibati bina və mədəniyyət mərkəzinin bərpası və təmirinin layihələndirilməsinə başlanılır.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, layihələndirmə işləri 391.760 manata başa gələcək