SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
SOCAR-da yeni vəzifəyə təyin olundu, Rövşən Nəcəf təltif etdi - FOTO

SOCAR-da yeni vəzifəyə təyin olundu, Rövşən Nəcəf təltif etdi - FOTO

  • 20 oktyabr 2026, 11:16

SOCAR Nəqliyyat İdarəsi 5 saylı Texnoloji Nəqliyyat Departamentinə yeni direktor müavini təyin olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, müvafiq əmrlə bu vəzifəyə Toğrul Hidayətov təyinat alıb.

Qeyd edək ki, bir neçə gün öncə Toğrul Hidayətov SOCAR prezidenti Rövşən Nəcəfin əmri ilə respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə "Fəxri Fərman" ilə təltif edilib.

O, 2021-ci ildən yeni təyinatadək 1 saylı Texnoloji Nəqliyyat Departamentinin direktor müavini vəzifəsində çalışıb. 2014-2021-ci illərdə isə Ehtiyatların idarə edilməsi şöbəsinin rəisi vəzifəsində işləyib.

T. Hidayətov 2010-cu ildən SOCAR-da fəaliyyət göstərir.

Toğrul Hidayətov (sağda)Toğrul Hidayətov (sağda)

Skat.az - Ev və Avtomobil elanları