Bu il iyulun 1-nə Azərbaycanın investisiya şirkətləri 2 111 milyon manatlıq müştəri aktivlərinə malik olub.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 10,7% azdır.
Müştəri aktivlərində azalmanın əsas drayveri xarici bazarda broker xidmətləri olub. Belə ki, xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 22,6% azalaraq 1 664 milyon manat təşkil edib.