SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
SOCAR-ı tərk etdi, tibb şirkətinə rəhbər getdi

SOCAR-ı tərk etdi, tibb şirkətinə rəhbər getdi

  • 21 oktyabr 2026, 17:52

Tibbi görüntüləmə şirkəti olan "EA Rad" şirkətinə Baş icraçı direktor təyin olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu vəzifəyə Dünya Qasımova təyinat alıb.

O, 2021-ci ildən bu təyinatadək "SOCAR Waste Management Complex" MMC-də İnsan Resursları Meneceri vəzifəsində çalışıb.

2018-2021-ci illərdə isə Dövlət Turizm Agentliyində işləyib. 

Qeyd edək ki, "EA RaD" şirkəti Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş tibbi görüntüləmə şirkətidir. Belə ki, şirkətin Avropa və Amerika universitetlərində olan mütəxəssisləri başqa klinikalarda çəkilmiş KT və MRT görüntülərini peşəkar şəkildə analiz edərək ikinci rəy hazırlayırlar.

Dünya QasımovaDünya Qasımova

Dünya QasımovaDünya Qasımova

Skat.az - Ev və Avtomobil elanları