Bu il iyulun 1-nə Azərbaycan banklarının restrukturizasiya etdiyi kreditlərin ümumi məbləği təxminən 1 milyard manat təşkil edib.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.
Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 7,5% azdır.
Restrukturizasiya — mövcud borcun və yaxud kredit müqaviləsinin şərtlərinin (müddətinin, faiz dərəcəsinin və ya ödəniş qrafikinin) borcalanın maliyyə imkanlarına uyğun şəkildə yenidən nəzərdən keçirilməsi və dəyişdirilməsidir.