SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azər Mursaqulov Dövlət Statistika Komitəsində bir sıra şöbələri ləğv edib yenilərini yaratdı

Azər Mursaqulov Dövlət Statistika Komitəsində bir sıra şöbələri ləğv edib yenilərini yaratdı

  • 21 oktyabr 2026, 18:26

Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov qurumda struktur dəyişiklikləri həyata keçirib.

Bu barədə Yurd.Media-ya Komitədən bildirilib.

Məlumata görə, qurumun Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma, Keyfiyyətin idarə edilməsi və metaməlumatlar, Ticarət statistikası, Xidmət statistikası, Əhali statistikası və Sosial statistika şöbələri ləğv edilib.

Əvəzində Statistik vahidlərin reyestri və metodologiya, Statistik keyfiyyətin təminatı, Strateji inkişaf, Daxili ticarət və xidmət statistikası, Beynəlxalq ticarət statistikası, eləcə də Demoqrafiya və sosial statistika şöbələri yaradılıb.

Skat.az - Ev və Avtomobil elanları