SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
“Kontakt Home”nin bu rayon mağazasından məhsul alanlar MƏHKƏMƏDƏ

“Kontakt Home”nin bu rayon mağazasından məhsul alanlar MƏHKƏMƏDƏ

  • 20 oktyabr 2026, 10:09
Şəmkir

“Kontakt Home”un rəhbərinin təmsil olunduğu şirkətdən müştərilərə qarşı yeni iddialar

“Kontakt Home” və ya “ABC Telekom” MMC-yə yaxın olan “Nova Credit” daha bir neçə müştərisini Şəmkir rayonunda məhkəməyə verib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Nova Credit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) müştəriləri ilə bağlı Şəmkir Rayon Məhkəməsinə müraciət edib.

📂 Belə ki, MMC müştərisindən 1523 manat borcun, 152 manat cərimə borcunun, cəmi 1675 manat borcun və 37 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia qaldırıb. 

Məhkəmə bu iddia tələbini qismən təmin edərək cərimə borcunu 10 manata salıb və cəmi 1533 manat borc və 37 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarıb. 

📂 Bundan başqa, şirkət daha bir müştərisindən 1002 manat əsas borcun, 100 manat cərimə borcunun, cəmi 1102 manat borcun və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini istəyib. 

Məhkəmə burada da iddianı qismən təmin edib, cərimə borcu 10 manat olmaqla cəmi 1012 manat borc və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilib. 

📂 Bundan əlavə “Nova Credit” daha bir müştərisinə qarşı 223 manat məbləğində əsas borcun, 22 manat məbləğində dəbbə pulu borcunun, cəmi 245 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia qaldırıb. 

Məhkəmə bu iddianı da qismən təmin edib, dəbbə pulu borcu 2 dəfə azaldıb və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılıb.  

📂 Həmçinin BOKT-un müştərisindən 875 manat məbləğində əsas borcun, 87 manat məbləğində dəbbə pulu borcunun, cəmi 962 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə iddiası qismən təmin edilib. 

Bu iddiada da dəbbə pulu 43 manat endirilib, qalan tələblər olduğu kimi saxlanılıb. 

📂 Bundan başqa, “Nova Credit” MMC müştərisindən 1886 manat məbləğində əsas borcun, 189 manat məbləğində dəbbə pulu borcunun, cəmi 2075 manat borcun və 41 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. 

Məhkəmə bu iddianı da qismən təmin edərək dəbbə pulu borcunun 94 manata salınmasına qərar verib. 

Qeyd edək ki, “Nova Credit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyət bundan əvvəl Sabirabad Rayon Məhkəməsində müştərilərinə qarşı pul tələbinə dair iddia qaldırmışdı, ona yaxın olan “ABC Telecom" isə Bakının Binəqədi, Nərimanov, Nizami, Nəsimi, həmçinin bölgələrdən , Şəmkir, İsmayıllı, Quba, Ağdaş rayonundan olan müştəriləri ilə çoxsaylı məhkəmə çəkişmələri olub.

Xatırladaq ki, “Nova Credit” BOKT 2023-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 9 milyon manatdır. Şirkətin qanuni təmsilçisi Həsən İsrafilzadədir. O “Kontakt Home” əmtəə nişanı ilə fəaliyyət göstərən “ABC Telekom” MMC-nin direktorudur.

Skat.az - Ev və Avtomobil elanları