SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
“Kontakt Home”nin “Nova Credit” BOKT-u Sabirabadda müştəriləri ilə MƏHKƏMƏDƏ

“Kontakt Home”nin “Nova Credit” BOKT-u Sabirabadda müştəriləri ilə MƏHKƏMƏDƏ

  • 06 oktyabr 2026, 09:29
Sabirabad

“Kontakt Home” və ya “ABC Telekom” MMC-yə yaxın olan “Nova Credit” üç borclu müştərisindən məhkəmə yolu ilə pul tələb etdi

“Nova Credit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) müştəriləri ilə bağlı Sabirabad Rayon Məhkəməsində iddia qaldırıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, müştərilərindən birinin "Nova Credit"ə 330 manat əsas borc, 33 manat dəbbə borcu olmaqla, cəmi 363 manat borcu yaranıb. 

Digər müştərinin isə 12 ay müddətinə götürdüyü kreditə görə, 437 manat əsas borc, 43 manat dəbbə borcu olmaqla, cəmi 480 manat borcu yaranıb. 

BOKT-un məhkəmə çəkişməsi apardığı üçüncü müştərisinin 18 ay müddətinə götürdüyü kreditə görə 554 manat əsas borc, 55 manat dəbbə borcu olmaqla, cəmi 609 manat borcu yaranıb. 

Sabirabad Rayon Məhkəməsinin qərarı ilə hər üç iddia tələbi təmin olunub.

Qeyd edək ki, “Nova Credit” BOKT 2023-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 9 milyon manatdır. Şirkətin qanuni təmsilçisi Həsən İsrafilzadədir. O “Kontakt Home” əmtəə nişanı ilə fəaliyyət göstərən “ABC Telekom” MMC-nin direktorudur.

Skat.az - Ev və Avtomobil elanları