“ABC Telecom” borca görə məhkəməyə müraciət edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycanda “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” müştərisinə qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.
İddia tələbinə görə, “Apple MacBook AİR 13” alan müştəri 3021 manat ödəməli olub, lakin müqavilənin şərtlərini pozub və nəticədə 2747 manat ödənilməmiş hissə, 275 manat cərimə pulu borcu yaranıb.
Göstərilənlərə əsasən 2747.04 manat ödənilməmiş hissə, 274.70 manat cərimə olmaqla, ümumilikdə, 3022 manat borc və 50 manat ödənilmiş dövlət rüsumunun cavabdeh alınaraq “ABC Telecom” Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilib.
Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən, iddia qismən təmin edilib. Cavabdehdən 2747,04 manat ödənilməmiş məbləğ, 50 manat cərimə olmaqla, ümumilikdə 2797,04 manat məbləğində pul alınaraq “Kontakt Home” verilməsi barədə qətnamə çıxarılıb.