SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bureau Mühitə 6 kəndin layihəsi üçün 1,4 milyon manat ödəniləcək

"Bureau Mühit"ə 6 kəndin layihəsi üçün 1,4 milyon manat ödəniləcək

  • 25 iyun 2026, 18:58

Kəlbəcər, Cəbrayıl, Ağdam, Laçın və Qubadlı rayonlarının bir sıra kənləri ilə bağlı layihələr hazırlanır.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, azad olunmuş bir neçə kəndin şəhərsalma əsaslandırılması hazırlanacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, bunlar Kəlbəcər rayonunun Mollabayramlı kəndi, Cəbrayıl rayonunun Quycaq kəndi (Şəybəy kəndi ilə birlikdə), Ağdam rayonunun Şıxbabalı, Laçın rayonunun Qarakeçdi (Katos kəndi ilə birlikdə), Qubadlı rayonunun Mahmudlu və Ağdam rayonunun Muğanlı kəndləridir.

Dövlət Komitəsi bununla bağlı "Bureau Mühit" şirkəti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, sözügedən kəndlərin şəhərsalma əsaslandırılmasına ümumilikdə 1 milyon 370 min manatdan çox vəsait xərclənəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları