"Qaradağ Rahat Evlər" Mənzil Tikinti Kooperativi (MTK) dövlət qarşısında mövcud olan külli miqdarda vergi borcunu ödəyib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, MTK 130 min manata qədər yığılmış borcu bağlayıb.
Qeyd edək ki, 1998-ci ildən fəaliyyət göstərən "Qaradağ Rahat Evlər" şirkəti nizamnamə kapitalı 200 manat, direktoru Oqtay Allahverdiyedir.
Xatırladaq ki, MTK-nın Qaradağ rayonu, Lökbatan qəsəbəsində tikdiyi "Cənub Qapısı" yaşayış kompleksinin sakinləri bu il dəfələrlə evlərinə çıxarış ala bilmədiklərindən şikayət ediblərş. "Qaradağ Rahat Evlər" MTK-nın sədr müavini Ruslan Qasımov aidiyyatı strukturlara sənədləri təqdim etdiklərini bildirsə də, artıq səkkiz ilə yaxındır həmin binalarda yaşayan sakinlərin sözlərinə görə, nə İcra hakimiyyəti, nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi MTK tərəfindən müvafiq sənədlərin təqdim edildiyini təsdiqləməyiblər.