SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Universitet ərazisində illərdi yarımçıq qalan binanı kim tikir?

Universitet ərazisində illərdi yarımçıq qalan binanı kim tikir?

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ərazisində yerləşən, tikintisi illərdir yarımçıq qalan binanın taleyi hələ də qeyri-müəyyəndir.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, tikinti işlərinə universitetin sabiq rektoru Timuçin Əfəndiyevin dövründə başlanılıb. 17 mərtəbə olması planlaşdırılan binanın bir neçə mərtəbəsi tikildikdən sonra işlər dayandırılıb. İddialara görə, həmin dövrdə binadan mənzil almaq üçün ödəniş edən vətəndaşlar da olub.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Yurd.Media-ya bildirilib ki, Yasamal rayonu, İnşaatçılar prospekti 39 ünvanındakı sözügedən tikintiyə 2007-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında icazə verilib. Məlumata görə, 2 girişli, mansard hissədən ibarət 17 mərtəbəli yaşayış binasının tikintisi “İncəsənət” MTK tərəfindən aparılıb.

Tikinti işlərinin hansı səbəbdən dayandırıldığı, eləcə də tikilinin gələcək aqibəti ilə bağlı aidiyyəti qurumlara ünvanlanan sorğular cavabsız qalıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları