2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kinoya 12,1 milyon manat ayrılacaq.
Yurd.Media xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, həmin vəsaitin 3,1 milyon manatı Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin və Dövlət Film Fondunun saxlanılması, 9 milyon manatı isə Azərbaycan kinosunun davamlı inkişafının təmin edilməsi üçün nəzərdə tutulub.