“Karvan Production” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru dəyişib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, kino və televiziya studiyası kimi fəaliyyət göstərən “Karvan Production” MMC-də direktor vəzifəsində Laçın İsmayılzadənin yerinə Elməddin Alıyev təyin olunub.
Qeyd edək ki, Elməddin Alıyev “Karvan Production” MMC-nin təsisçisidir.
2019-cu ildən fəaliyyət göstərən şirkət film və media layihələrinin istehsalı, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) və Mədəniyyət Nazirliyinin dəstəyi ilə müxtəlif bədii və sənədli filmlərin çəkilişini həyata keçirib.
Şirkətin istehsal etdiyi filmlər “Arxa cəbhə” (2022, qısametrajlı bədii film), “Qayıdış”, “Nargin” / “Nargin: Sona qədər sirli” (Birinci Dünya müharibəsi dövründə Nargin adasındakı türk əsirlərindən və Sona Hacıyevadan bəhs edən bədii-sənədli film), “İkimiz” (qısametrajlı bədii film), “Ağacdələn” (qısametrajlı bədii film layihəsi), “İki Xaqan” (tammetrajlı bədii film layihəsi).