SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Akademik Milli Dram Teatrında “Qarabağnamə” tamaşası nümayiş olunub

Akademik Milli Dram Teatrında “Qarabağnamə” tamaşası nümayiş olunub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Zəfər Gününün 6-cı ildönümü münasibətilə “Qarabağnamə” tamaşası nümayiş etdirilib.

Yurd.Media xəbər verir ki, tamaşadan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur çıxış edərək 8 Noyabr – Zəfər Günü münasibətilə tamaşaçıları təbrik edib. O, çıxışında müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə hörmət və ehtiramını ifadə edib.

Təqdim olunan “Qarabağnamə” tamaşası Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Skat.az - Ev və Avtomobil elanları