İnstinkt Teatrında “Çevrilmə” tamaşasının premyerası keçirilib.
Yurd.Media xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və səhnə həllinin müəllifi Rəvan Hüseynzadə, işıq rəssamı Səid Abbasovdur. Rolları Tural Əkbər, Fidan Bayram, Abdullah Səfi və Ayan Məmmədova canlandırırlar.
Dünya ədəbiyyatının incilərindən sayılan Frans Kafkanın eyniadlı əsəri əsasında səhnələşdirilən “Çevrilmə” insanın cəmiyyətdən, doğmalarından və ən əsası özündən yadlaşmasını, mənəvi baxımdan yaşadığı dərin transformasiyanı və bu imtinanın fonunda fərdin faciəsini səhnə dilində əks etdirir. Təkcə fiziki yox, psixoloji və ruhani çevrilmənin cəmiyyətdə və fərdi həyatda yaratdığı acı reallıqları auditoriyaya təsirli şəkildə çatdırır.
Tamaşaçılar Kafkanın qaranlıq, bir o qədər də dərin fəlsəfi dünyasına səyahət edərək, insan münasibətlərinin gizli tərəfləri ilə üz-üzə gəlirlər.