SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO

Bakının mərkəzində tarixi abidə baxımsız vəziyyətdə - FOTO

Bakı

Bakının mərkəzində yerləşən tarixi “Fantaziya” hamamı baxımsız vəziyyətdədir.

Bir neçə ay əvvəl piyadalaşdırılaraq istifadəyə verilən Yasamal rayonu, İslam Səfərli küçəsində yerləşən tarixi tikilinin üzərində müxtəlif yazılar var, fasadın ümumi vəziyyəti qənaətbəxş deyil.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Yurd.Media-ya bildirilib ki, tarixi “Fantaziya” hamamı dövlət qeydiyyatında olan daşınmaz tarix-mədəniyyət abidəsidir və tarixi tikilinin mövcud vəziyyətdə mühafizəsinə nəzarət Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən həyata keçirilir:

"Lakin yerli əhəmiyyətli memarlıq abidəsi olan hamam xüsusi mülkiyyətdə olduğundan “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, bərpa işləri mülkiyyətçinin öz vəsaiti hesabına həyata keçirilməlidir".

Həmçinin qeyd olunub ki, tarix-mədəniyyət abidəsi olan tikilinin təsərrüfatsızcasına saxlanılması ilə bağlı aidiyyəti üzrə tədbirlərin görülməsi davam etdirilir.

Qurumdan əlavə olaraq o da bildirilib ki, istifadəsində və ya mülkiyyətində tarixi abidə olan hüquqi və ya fiziki şəxslər bərpa və konservasiya işləri apararkən görüləcək işlərin layihəsini Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə təqdim etməlidirlər. Layihə müvafiq qaydada təsdiq edildikdən sonra bərpa-konservasiya işləri mütəxəssislərin nəzarəti altında həyata keçirilməlidir.

Skat.az - Ev və Avtomobil elanları