“GabalaFest” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalını artırıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin nizamnamə kapitalı 335,1 min manatdan 848,3 min manata çatdırılıb. Bununla da şirkətin nizamnamə kapitalı 513,2 min manat artırılıb.
2015-ci ildə dövlət qeydiyyatına alınan “GabalaFest” MMC-nin direktoru Emil Sultanovdur.
Qeyd edək ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən keçirilir. Festival müxtəlif ölkələrin tanınmış musiqiçilərini, simfonik və kamera orkestrlərini, dirijorlarını və gənc ifaçılarını bir araya gətirir. Festival çərçivəsində klassik musiqi, caz və muğam konsertləri, beynəlxalq pianoçu müsabiqələri təşkil olunur.
Festivalın bədii rəhbərləri Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli və tanınmış dirijor Dmitri Yablonskidir.