Vətən müharibəsindən bəhs edən "44" bədii filminin növbəti tizeri yayımlanıb.
Yurd.Media xəbər verir ki, tizeri Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov "Instagram" səhifəsində paylaşıb.
O, tizerin "Ares - müharibə tanrısı" adı daşıdığını vurğulayıb.
Qeyd edək ki, bədii filmin premyerası oktyabrın 1-də baş tutacaq.