SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Bakı Dövlət Sirkinin “Sehrli payız” proqramı başlayıb

Bakı Dövlət Sirkinin “Sehrli payız” proqramı başlayıb

Bakı

Bakı Dövlət Sirki “Sehrli payız” adlı beynəlxalq sirk proqramının nümayişinə başlayıb.

Yurd.Media xəbər verir ki, oktyabrın 11-dən təqdim olunan proqram Su İdman Sarayının yaxınlığında yerləşən Bakı Dövlət Sirkinin şapitosunda (səyyar sirk çadırında) nümayiş olunur.
Qazaxıstan, Almaniya, Rusiya və Ukraynanı təmsil edən artistlərin iştirak etdiyi proqramda hava gimnastikası, atıcı taxtalar üzərində qrup akrobatikası, turniklərdə mürəkkəb akrobatik nömrələr, kəmərlərdə solo hava akrobatikası və halqada hava dueti təqdim olunur. Müxtəlif dövrlərdə beynəlxalq sirk festivallarının mükafatçıları olmuş artistlər akrobatik çıxışları ilə tamaşaçıların qarşısına çıxırlar.

Proqram çərçivəsində təlim keçmiş itlər, pişiklər və meymunların iştirakı ilə nömrələr, eləcə də kloun çıxışı nümayiş etdirilir.
Tamaşalar həftə sonları və bayram günlərində saat 12:00 və 15:00-da keçiriləcək. Biletlərin qiyməti 11-35 manat arasında dəyişir.

Skat.az - Ev və Avtomobil elanları