SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Azərbaycanda Milli Musiqi Günündə I Fəxri Xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub.

Yurd.Media xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 18-də dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş XVIII Beynəlxalq Musiqi Festivalı da başlayır.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildən keçirilən festival çərçivəsində Bakı şəhərində və regionlarda müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunur.

Bu ilki festival sentyabrın 30-dək davam edəcək.

Skat.az - Ev və Avtomobil elanları