"Abacus Audit And Consulting" MMC növbəti dəfə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan edilmiş kotirovka sorğusunun qalibi olub.
Yurd.Media xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalında bildirilir.
Məlumata əsasən, tərəflər 14,75 min manatlıq satınalma müqaviləsi bağlayıblar.
Bu, əvvəlki müqavilə ilə müqayisədə 2,55 dəfə çoxdur.