SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Kreditlə aldığı maşın ondan xəbərsiz satışa çıxarıldı - VİDEO

Kreditlə aldığı maşın ondan xəbərsiz satışa çıxarıldı - VİDEO

  • 15 noyabr 2026, 23:22
Bakı

Bakının Maştağa qəsəbəsinin sakini Cəlal Axundov 7 aydır iki illiyə kreditlə aldığı maşının ondan xəbərsiz satışa çıxarıldığını iddia edib.

Yurd.Media xəbər verir ki, Cəlal Axundov sürdüyü maşının satışı haqda məlumatı tanımadığı şəxslərdən aldığını bildirib.

O "Xəzər Xəbər"ə bildirib ki, maşın üçün 2 min manat ilkin ödəniş edib, hər ay da 375 manat ödəyir. Dediyinə görə, özündən xəbərsiz avtomobili satışa çıxarıb, hətta bir neçə nəfərdən beh də alınıb.

Saxta elan sahibinə beh ödəyən şəxslərdən biri də Sirac Qayıbovdur.

Elanda qoyulan telefon nömrəsinə isə zəng çatmır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, qeyd edilən məsələ nəzarətə götürülüb, araşdırma aparılır.

Kreditlə aldığı maşın ondan xəbərsiz satışa çıxarıldı - VİDEO
Skat.az - Ev və Avtomobil elanları