SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“FİNCA Azerbaijan” illik 27 faizlə verdiyi kreditləri məhkəmə ilə yığır

“FİNCA Azerbaijan” illik 27 faizlə verdiyi kreditləri məhkəmə ilə yığır

  • 08 may 2026, 14:56

“FİNCA Azerbaijan” Bank olmayan kredit təşkilatı (BOKT) Sabirabad rayonunda kredit götürən müştərisinə qarşı iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, BOKT İsayev Əskər Heydər oğlunun barəsində Sabirabad Rayon Məhkəməsinə müraciət edib.

Kredit müqaviləsindən görünür ki, “FİNCA Azerbaijan” müştərisinə ailə-kəndli təsərrüfatının yaradılması və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 24 ay müddətinə 1000 manat kredit verib.

İllik 27 faizlə kredit götürən Ə. İsayev isə öhdəliyini yerinə yetirməyib və onun banka əsas borc üzrə 624 manat, faiz borcuna görə 85 manat, cərimə borcuna görə 50 manat, cəmi 760 manat məbləğində borcu yaranıb. İddiaçı qeyd olunan bankın məhkəmə yolu ilə tutulmasını istəyib.

Məhkəmə iddia tələbini təmin edib.

“FINCA Azerbaijan” Sabirabad Rayon Məhkəməsində daha bir müştərisinə qarşı iddia qaldıraraq əsas borc üzrə 1847 manat, faiz borcuna görə 272 manat, cərimə borcuna görə 268 manat, cəmi 2387 manat məbləğində borc yaranıb.

Məhkəmə bu iddia tələbini qismən təmin edib, cavabdehdən 2300 manat məbləğində borc və ödənilmiş 40 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı banka ödənilməsi barədə qətnamə çıxarılıb.

Qeyd edək ki, “FINCA Azerbaijan” BOKT bundan əvvəl müştərilərinə qarşı Ağdam Rayon MəhkəməsindəXaçmaz Rayon Məhkəməsində iddia qaldırmışdı.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları