SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Daha 18 ailə azad olunmuş ərazilərə köçdü

Daha 18 ailə azad olunmuş ərazilərə köçdü

  • 24 oktyabr 2025, 14:57
Xocalı

Növbəti köç ilə Daha 18 ailə (61 nəfər) azad olunmuş ərazilərə köçdü.

Yurd.Media xəbər verir ki, Xocalı rayonunun Seyidbəyli kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb.

Bununla da kəndə 27 ailənin (92 nəfər) köçürülməsi təmin edilib.

Qayıdış Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində baş tutub.

Kəndə qayıdan ailələr respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.

Prime Leasing