SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Azərbaycan Mərkəzi Bankı 3 şöbəsinə rəis axtarır

Azərbaycan Mərkəzi Bankı 3 şöbəsinə rəis axtarır

  • 14 sentyabr 2026, 16:34

Azərbaycan Mərkəzi Bankı (AMB) şöbə rəisi vəzifəsinə 3 vakansiya elan edib.

Bu barədə Yurd.Media-ya qurumdan bildirilib.

Məlumata görə, rəis axtarılan şöbələr Tədqiqatlar departamentindəki Beynəlxalq iqtisadiyyat, eləcə də Modelləşdirmə və proqnozlaşdırma şöbələri, həmçinin Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentindəki Tənzimlənmə və nəzarətin metodologiyası şöbəsidir.

AMB həmçinin Kredit təşkilatlarının fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentindəki Prudensial tənzimləmə şöbəsinə kiçik analitik, İnformasiya texnologiyaları əməliyyatları departamentindəki Ödəniş sistemlərinin idarəedilməsi bölməsinə aparıcı sistem inzibatçısı, İnformasiya texnologiyaları əməliyyatları departamentindəki Şəbəkə inzibatçılığı bölməsinə şəbəkə inzibatçısı, İstehlakçılarla iş departamentindəki Vətəndaşların qəbulu şöbəsinə mütəxəssis axtarışındadır.

Skat.az - Ev və Avtomobil elanları