Gəncədə qaz xəttində baş vermiş qəzanın yaratdığı fəsadın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Yurd.Media xəbər verir ki, ötən axşamdan bu saata qədər şəhərin bir çox ərzisində qazın verilişi dayandırılıb.
Hazırda qəzanın yaratdığı fəsadın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Qazın verilişinin axşam saat 20:00-a qədər bərpası gözlənilir.
Xatırladaq ki, Gəncə şəhərində qaz xəttində yanğınla nəticələnən qəza olub.