SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Həftənin əvvəlindən Bakının əsas prospeklərindən birində təmir işləri aparılacaq

Həftənin əvvəlindən Bakının əsas prospeklərindən birində təmir işləri aparılacaq

  • 13 sentyabr 2026, 10:18
Bakı

Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektinin müəyyən hissələrində sentyabrın 14-də saat 09:00-dan etibarən cari təmir işləri həyata keçiriləcək.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

İşlərin aparıldığı müddətdə nəqliyyat vasitələrinin hərəkətinə hər hansı məhdudiyyətin tətbiq edilməsi nəzərdə tutulmur.

Sürücülərdən təmir işləri aparılan hissələrdə hərəkət zamanı diqqətli olmaları, yol hərəkəti qaydalarına, müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Skat.az - Ev və Avtomobil elanları