Azərbaycanda elektrik avtomobillərinin doldurulması üçün istifadə olunan məntəqələrdə elektrik enerjisinin qiyməti artıb.
Yurd.Media-nın məlumatına görə, əvvəllər elektrik doldurma məntəqələrində 1 kVt·saat üçün 27 qəpik ödənilirdisə, hazırda bu tarif 30 qəpiyə yüksəlib.
Beləliklə, elektrik enerjisinin doldurma məntəqələrində pərakəndə qiyməti 3 qəpik və ya təxminən 11 faiz artıb.
Qeyd edək ki, elektrik doldurma məntəqələrinə dövlət tərəfindən verilən elektrik enerjisinin 1 kVt·saat üzrə tarifi 12,5 qəpik təşkil edir və bu rəqəm 2025-ci ilin yanvar ayından bəri dəyişməyib.
Azərbaycana 2026-cı ilin ilk 6 ayı ərzində 10 952 ədəd hibrid, “plug-in” hibrid və tam elektrik avtomobil idxal edilib.