SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Böyük Qayıdış: Vəngli kəndinə 9 ailə köçdü

Böyük Qayıdış: Vəngli kəndinə 9 ailə köçdü

  • 30 oktyabr 2025, 15:31
Ağdərə

Ağdərə rayonunun Vəngli kəndinə 9 ailə - 38 nəfər köçürülüb.

Yurd.Media xəbər verir ki, kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Kənddə keçmiş məcburi köçkünlər üçün zəruri infrastruktur tam bərpa olunub. Su, qaz, elektrik enerjisi və internet xidməti fasiləsiz şəkildə təmin edilib. Həmçinin yeni məktəb binası istifadəyə verilib və təhsil müəssisəsində dərs prosesi üçün bütün şərait yaradılıb.

Kənddə həyata keçirilən son mərhələ ilə birlikdə Ağdərənin Vəngli kəndində daimi məskunlaşanların ümumi sayı 329 nəfərə çatıb.

Prime Leasing
SPE Annual Caspian