"Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə köçürüləcək ailələrin siyahısı hazırlanır".
Yurd.Media "Report"a istinadən xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Onun sözlərinə görə, ilk mərhələdə 110 ailənin şəhərə köçü nəzərdə tutulub:
"Ağdam şəhərinə ilk köç cari ilin noyabrında planlaşdırılır".