Növbəti köç karvanı Laçına çatıb, açarlar sakinlərə tədqim olunub.
Yurd.Media xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 86 nəfər köçürülüb.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Qaradağ rayonundan yola salınıb.