Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Yurd.Media xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə ümumilikdə 139 nəfər olmaqla 32 ailə köçürülüb.
Bununla da Kəlbəcərə köçürülən sakinlərin sayı 223 nəfərə (52 ailə) çatıb.