SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Kəlbəcərə növbəti KÖÇ

Kəlbəcərə növbəti KÖÇ

  • 20 sentyabr 2025, 19:29
Kəlbəcər

Kəlbəcər şəhərinə köç həyata keçirilib, mənzillərin açarları sakinlərə təqdim olunub.

Yurd.Media xəbər verir ki, açarların təqdim olunması mərasimində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Kəlbəcərə 29 ailə (115 nəfər) köçürülüb. Onlar şəhərdəki 1-ci yaşayış məhəlləsində məskunlaşıblar.

Bununla da Kəlbəcər şəhərinə köçürülən ailələrin sayı 81-ə (338 nəfər) çatıb

Prime Leasing