SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Qaradağda qanunsuz tikililərlə görə qəsəbə nümayəndələrinə CİDDİ XƏBƏRDARLIQLAR

Qaradağda qanunsuz tikililərlə görə qəsəbə nümayəndələrinə CİDDİ XƏBƏRDARLIQLAR

  • 19 mart 2026, 13:46
Bakı

Bakının Qaradağ rayonunda qanunsuz tikililərlə bağlı nöqsanlara görə Qızıldaş qəsəbəsi üzrə nümayəndə Ruslan Əkbərova və Puta qəsəbəsi üzrə nümayəndə Ayaz Dünyamalıyevə ciddi xəbərdarlıqlar olunub.

Bakı Şəhər İcra Hakimiyyətindən Yurd.Media-ya bildirilib ki, bu barədə Qaradağ Rayon İcra Hakimiyyətində rayonun qəsəbə nümayəndələrinin kommunal xidmət sahələri və aidiyyəti qurum rəhbərlərinin iştirakı ilə keçirilən operativ müşavirədə elan olunub.

Həmçinin, təmizlik sahəsindəki çatışmazlıqlara görə Lökbatan qəsəbəsi üzrə nümayəndəliyin baş məsləhətçisi Hikmət Lətifova və Ələt qəsəbəsi üzrə nümayəndə Altay Əliyevə xəbərdarlıq edilib.

Toplantıda Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Anar Tağıyev və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov iştirak ediblər. Çıxış edən Emil Abbasov rayonun bəzi qəsəbələrində mövcud olan nöqsanları diqqətə çatdıraraq, məsul şəxslərə ciddi xəbərdarlıqlar edib və qeyd olunan problemlərin ən qısa müddətdə aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Anar Tağıyev bildirib ki, paytaxtın ümumi inkişaf dinamikası müsbətdir, Bakı gündən-günə daha da abadlaşır və gözəlləşir. Lakin bununla yanaşı, Qaradağ rayonunun bəzi ərazilərində nöqsanlar mövcüddur və bütün bunlar ümumi mənzərəyə xələl gətirir.

İclas zamanı rayon ərazisində keçirilən monitorinqlər zamanı aşkar edilmiş problemlər konkret faktlarla təqdim olunub. Mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib, nəzarət mexanizmlərinin isə daha da gücləndiriləcəyi bildirilib.

Bundan əlavə rayon qəsəbələrində sanitar-təmizlik və qanunsuz tikililərlə bağlı məsələlər xüsusi müzakirə mövzusu olub və bu istiqamətdə ciddi tənqidlər səsləndirilib. Qeyd olunub ki, tikinti sahəsində qanunvericiliyin tələblərinə əməl olunmalı, özbaşına tikililərə qəti şəkildə son qoyulmalı və belə halların qarşısı operativ şəkildə alınmalıdır. Hər iki istiqamətdə nəzarətin daha da sərtləşdirilməsinin vacibliyi vurğulanıb.

Sonda tədbirlər planı gəbul edilib və verilən tapşırıqların icrasını nəzarətdə saxlanılması üçün məsul şəxslər təyin edilib. Öz növbələrində qəsəbə nümayəndələri nöqsanlarını qəbul edib, bu cür halların bir daha təkrarlanmayacağına və mövcüd qüsurların tezliklə aradan qaldırılacağına dair söz veriblər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları