SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Yağışların dağıtdığı körpü təhlükəli vəziyyətdə - VİDEO

Yağışların dağıtdığı körpü təhlükəli vəziyyətdə - VİDEO

  • 08 fevral 2026, 14:22

Qaradağ rayonunun Puta qəsəbəsi, 8, 12 və 13 saylı cəzaçəkmə müəssisələrinin yaxınlığındakı yol aylardır təhlükəli vəziyyətdədir.

Yurd.Media xəbər verir ki, güclü yağışlar nəticəsində dağılan körpü hələ də bərpa olunmayıb.

Sürücülər deyirlər ki, ərazi təmirə bağlansa da, real iş görülmür və bu da qəza riskini artırır.  

Vətəndaşlar bildirirlər ki, gün ərzində yüzlərlə işçinin istifadə etdiyi körpü güclü yağış səbəbindən dağılıb.

Sürücülər deyirlər ki, şikayətlərinə baxan yoxdur. Onların sözlərinə görə, ərazidə "Təmirə bağlıdır" nişanı qoyulub, qırmızı lent çəkilib, lakin nə gələn var, nə baxan, nə də hər hansı tədbir görən.

Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, körpünün bərpası ilə bağlı qurum tərəfindən təkliflər hazırlanıb:

"Təkliflər aidiyyəti üzrə təqdim edilib. Maliyyə vəsaiti ayrılan kimi ərazidə əsaslı bərpa işləri icra olunacaq".

Yağışların dağıtdığı körpü təhlükəli vəziyyətdə - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları