SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
“Qaradağ Şüşə Zavodu”nun ixrac gəlirləri təxminən 2 dəfə azalıb

“Qaradağ Şüşə Zavodu”nun ixrac gəlirləri təxminən 2 dəfə azalıb

  • 07 aprel 2026, 11:29

Bu ilin I rübündə “Qaradağ Şüşə Zavodu” ASC 21,2 min ABŞ dolları ixrac gəlirləri əldə edib. 

Bu barədə Yurd.Media-ya şirkətdəki mənbə bildirib. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə azdır. 

Xatırladaq ki, ötən ay İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Qaradağ Şüşə Zavodu"nun səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Müsabiqə "Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"na uyğun olaraq elan olunub.

Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 23-cü km, 8 ünvanında yerləşən müəssisənin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi nominal dəyəri 35 950 630 manat olan 17 975 315 ədəd səhm satışa çıxarılıb. Obyektin ümumilikdə 3 929 120 manat öhdəlikləri var.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları