SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Qobustanda faciə: Qazıntı aparan torpağın altında qalıb öldü - VİDEO

Qobustanda faciə: Qazıntı aparan torpağın altında qalıb öldü - VİDEO

  • 24 aprel 2026, 10:56
Bakı

Qobustanda qazıntı aparanlar faciə ilə üzləşiblər.

Yurd.Media xəbər verir ki, paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində torpaq uçqunu baş verib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində müəyyən edilib ki, qazıntı işləri aparılarkən torpaq qatı çöküb və nəticədə 2 nəfər torpaq altında qalıb.

Xilasedicilərin operativ müdaxiləsi nəticəsində bir nəfər kişi xilas edilib.

Digər şəxsin meyiti torpaq altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qobustanda faciə: Qazıntı aparan torpağın altında qalıb öldü - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları