Ələt azad iqtisadi zonasına 1500 hektara yaxın torpaq ayrılıb.
Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinin inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid 1453,09 hektar torpaq sahəsi Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilib.
Sənəddə qeyd olunur ki, sözügedən torpaq sahəsi qurumun istifadəsinə birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə keçirilir. Bu qərar İqtisadiyyat Nazirliyi tərəfindən tərtib edilmiş yerquruluşu planına uyğun olaraq qəbul edilib.
Sərəncamdan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna tapşırılıb.