SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Azneft” İB böyük məbləğdə cərimələndi

"Azneft” İB böyük məbləğdə cərimələndi

  • 17 avqust 2026, 09:37

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin (İB) böyük məbləğdə cərimələnib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Azneft” İB barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən protokol tərtib olunub. 

Belə ki, Qaradağ rayonu, Lökbatan-Qızıldaş yolu istiqamətində yolun sol hissəsində İstehsalat Birliyinin Ə.C.Əmirov adına NQÇİ-nin ərazisində tullantıların atılaraq basdırılma işlərinin görülməsi faktı aşkar edilib. 

Bununla bağlı Birliyin barəsində İnzibati Xətalar Məcəlləsinin 266.1 və 266.2-ci maddələri ilə protokol tərtib edilib və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi 10 min manat cərimə edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları