SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Bakıda fərdi yaşayış evlərinin ən çox bahalaşdığı rayonlar - QİYMƏT CƏDVƏLİ

Bakıda fərdi yaşayış evlərinin ən çox bahalaşdığı rayonlar - QİYMƏT CƏDVƏLİ

  • 13 yanvar 2026, 12:04
Bakı

Bakının rayonlarında ötən il üzrə fərdi yaşayış evlərinin qiymətlərində baş verən dəyişiklik araşdırılıb. 

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinindən Yurd.Media-ya bildirilib ki, 2025-ci ildə paytaxtın bütün rayonlarında fərdi yaşayış evləri bahalaşıb.

Ən sürətli qiymət artımı Səbail (24,3%), Sabunçu (23%) və Xəzər (22,2%) rayonlarında qeydə alınıb. Ən zəif artım isə Pirallahı (4,7%) və Qaradağ (5,5%) rayonlarında olub.

Hazırda ən bahalı fərdi yaşayış evləri Bakının mərkəzi sayılan Səbail rayonundadır - hər kvadrat metri 3 min manata çatıb. Nərimanov rayonunda belə evləri kvadrat metri 2200 manatdan, Nəsimi rayonunda 1600 manatdan, Yasamal rayonunda isə 1500 manatdan almaq olar.

Yurd.Media-nın digər daşınmaz əmlak növlərinin qiymətləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:

- Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları