Bu il Bakının rayonlarında köhnə tikili mənzillərdə gözlənilən qiymət artımı açıqlanıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən (AQC) Yurd.Media-ya verilən məlumata görə, ən böyük artım paytaxtın Yasamal (təxminən 14%), Nəsimi (təxminən 13,8%), Səbail (təxminən 13,3%) və Nərimanov (təxminən 12,8%) rayonlarında olacaq.
AQC sədri Vüqar Oruc bildirib ki, bu il bazar hələ də mərkəz yönümlü qalır, lakin artım tempi 2025-ci il ilə müqayisədə yumşalma mərhələsinə daxil olur:
“Köhnə tikililərin qiymət artımı bazar tələbi ilə yox, əsasən torpaq dəyərinin kapitallaşması ilə izah olunur. Bu tendensiya 2026–2027-ci illərdə də mərkəzi rayonlar üçün davam edəcək”.
Araşdırmaya görə, 2026-cı ildə köhnə tikili mənzillərlə bağlı investisiya marağı davam edəcək və köhnə tikililər əsasən söküntü gözləntisi ilə alınacaq, nəticədə real qiymət artımı müşahidə olunacaq. 2027-ci ildə isə bazarın daha seçici olması gözlənilir.
Yurd.Media-nın digər daşınmaz əmlak növlərinin qiymətləri ilə bağlı daha əvvəl hazırladığı materialları təqdim edirik:
- Bakının rayonlarında torpaq sahəsi KƏSKİN BAHALAŞIB - QİYMƏT CƏDVƏLİ
- Bakıda fərdi yaşayış evlərinin ən çox bahalaşdığı rayonlar - QİYMƏT CƏDVƏLİ
- Bakıda köhnə tikili mənzillər nə qədər bahalaşıb? - QİYMƏT CƏDVƏLİ