SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Bakının hansı rayonunda təməldən (kotlovandan) əmlak almaq daha sərfəlidir? - ARAŞDIRMA

Bakının hansı rayonunda təməldən (kotlovandan) əmlak almaq daha sərfəlidir? - ARAŞDIRMA

  • 12 mart 2026, 10:24
Bakı

2026-cı ilin yanvar–fevral aylarında Bakı şəhərində kotlovan mərhələsində olan daşınmaz əmlak layihələrində qiymət artımında ən aktiv rayonlar Səbail, Yasamal və Nəsimi qalıb - periferik rayonlarda isə artım daha mülayimdir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc Yurd.Media-ya bildirib ki, mart ayında bazarda fəallığın qismən artacağı proqnozlaşdırılır:

"Kotlovan mərhələsində olan layihələrdə qiymətlərin daha sürətli artması bir neçə faktorla bağlıdır. Birincisi, tikinti materiallarının, torpaq sahələrinin və işçi qüvvəsinin maya dəyərinin artmasıdır. İkincisi isə investorların layihələrin ilkin mərhələsində mənzil əldə etməyə üstünlük verməsidir. Üçüncü isə tikinti normativlərinin mürəkkəbləməsi amilidir. Bu faktorlar kotlovan seqmentində qiymətlərin digər kateqoriyalarla müqayisədə daha çevik artmasına səbəb olur".

Onun sözlərinə görə, 2026-cı ilin ilk rübü üzrə kotlovan layihələrində qiymət artımı 3–3,5% civarında proqnozlaşdırılır, ilin sonunda isə illik artım 12–17% aralığında ola bilər. Bu dinamika Bakı bazarını həm investisiya, həm də yaşayış məqsədli alıcılar üçün stabilliyini qoruyan perspektivli sahəyə çevirir.

Yurd.Media-nın digər daşınmaz əmlak növlərinin qiymətləri ilə bağlı digər materialları:

- Bakıda 2026-cı ildə yeni tikililərin bahalaşma tempi - SİYAHI

- Bakının köhnə tikililər bazarı 2026-cı ildə: RAYONLAR ÜZRƏ BAHALAŞMA - CƏDVƏL

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları