SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Qubada yoldakı təhlükəli vəziyyətlə bağlı İcra Hakimiyyətindən AÇIQLAMA

Qubada yoldakı təhlükəli vəziyyətlə bağlı İcra Hakimiyyətindən AÇIQLAMA

  • 12 avqust 2026, 14:27
Quba

Ötən həftənin sonu Qubada Qəçreş yolunda təhlükəli vəziyyətin yaranması ilə bağlı görüntülər yayılmışdı.

Məsələ ilə bağlı Quba rayon İcra Hakimiyyətindən Yurd.Media-ya bildirilib ki, Quba-İspik-Xınalıq yolunun 7-ci kilometrliyində, yağıntıların təsirindən yaranan torpaq sürüşmələrinin qarşısının alınması üçün təkliflər Avtomobil Yolları Dövlət Agentliyinə təqdim edilib:

"Cari ilin mart və aprel aylarında rayon ərazisinə yağan güclü və intensiv yağışlar nəticəsində yolda hərəkət məhdudlaşdıqdan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən zəruri addımlar atılaraq, avtomobillərin hərəkəti təmin edilmişdir", - məlumatda deyilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları