Gündəlik uşaq tələbatının qarşılanmasında əvəzsiz olan qida və gigiyena məhsullarının qiymət dəyişiklikləri uşaqlı ailələrin maliyyə yükünü artırır.
Yurd.Media bu səbəbdən ölkənin aparıcı market şəbəkələrində bu kateqoriyadan olan məhsulların müqayisəli qiymət cədvəlini hazırlayıb. Hazırki infoqrafikada "Rahat" şəbəkəsindəki mağazalarda uşaq yeməkləri (sıyıq, peçenye), uşaqların gündəlik qulluğunda geniş istifadə olunan bez, sabun, şampun, yaş dəsmal, yuyucu toz, diş məcunu və fırçasının ən çox tələbat görən çeşidləri üzrə qiymətlər əks etdirilib.
Cədvəldən göründüyü kimi seçilən məhsulların bəzilərinə "Rahat"da hazırda endirim aksiyası mövcud olduğundan 2025-ci ilin sentyabr ayı ilə müqayisədə ümumi büdcə təxminən 4 faiz aşağı düşür.

Yurd.Media-nın 2026-cı il aprel ayında market araşdırması ilə bağlı daha əvvəl hazırladığı materiallar:
Ərzaq məhsulları üzrə:
- Ərzaq məhsullarının 6 aylıq qiymət dinamikası - BAZARSTORE
- "Bravo" supermarketdə ərzaq məhsulları: 5 faizdən çox bahalaşma - CƏDVƏL
- “Rahat” marketlərdə ərzaq məhsullarının qiyməti - MÜQAYİSƏLİ CƏDVƏL
- "Tamstore"də ərzaq məhsullarında 10 faiz bahalaşma - CƏDVƏL
- “Araz” marketlərdə ərzaq məhsullarının qiyməti - CƏDVƏL
Təmizlik və gigiyena məhsulları üzrə:
- Təmizlik və gigiyena vasitələri: “Bazarstore”də 13 faizə yaxın bahalaşma - CƏDVƏL
- "Bravo"da təmizlik və gigiyena vasitələrinin qiymətində 22 faz ARTIM - CƏDVƏL
- "Rahat" marketlər şəbəkəsində təmizlik və məişət gigiyenası vasitələrinin QİYMƏTİ - CƏDVƏL
- “Tamstore”də təmizlik və məişət gigiyenası vasitələri 19 faiz bahalaşıb - CƏDVƏL
- “Araz” marketlərdə təmizlik və gigiyenası vasitələrinin qiymət dinamikası - CƏDVƏL
Uşaq qidaları və gigiyena məhsulları üzrə:
- "Bazarstore"də uşaq qidaları və gigiyenik vasitələri: 6 aya 6 faiz bahalaşma - CƏDVƏL
- "Bravo"da uşaq qidaları və gigiyenik vasitələrinin qiyməti - CƏDVƏL
Qeyd edək ki, marketlər Azərbaycanda bu sahədə fəaliyyət göstərən ən iri şirkətlər qrupuna daxil olanlar sırasından seçilib. Qeyd edək ki, “Bazarstore”, “Al market” - "Azərsun Holdinq"ə, “Araz”, “Spar”, “Favorit” və “OBA” marketlər şəbəkəsi "Veysəloğlu" şirkətlər qrupuna, “Bravo” - "Azərbaycan Supermarket" MMC-yə, “Rahat”, “Grandmart”, “Megastore”, “Bolmart”, “Bizim market” və “Novas Home” - “Grand-Mart” MMC-yə, “Tamstore” - "Avrora Qrup"a daxildir.