Təmizlik və məişət gigiyenası vasitələrinin qiymət dəyişikliklərini oxuculara daha aydın şəkildə təqdim etmək üçün Yurd.Media növbəti monitorinqini həyata keçirib. Araşdırma ölkənin iri pərakəndə satış şəbəkələrindən biri olan “Rahat” marketlərində formalaşan qiymətlər əsasında hazırlanıb.
Hazırkı infoqrafikaya qab yuyan vasitələr, yuyucu tozlar, maye yuyucular, dezinfeksiyaedici məhsullar, şampunlar, sabunlar, salfetlər və digər gündəlik istifadə olunan təmizlik məhsullarının ən çox tələbat görən çeşidləri üzrə qiymətlər daxil edilib.
2025-ci ilin sentyabr ayında təqdim etdiyimiz qiymət cədvəli ilə müqayisədə "Rahat" marketlər şəbəkəsində hazırda olan endirim aksiyalarına görə bu məhsullar üzrə demək olar ki qiymət stabil olaraq qalıb.


Yurd.Media-nın 2026-cı il aprel ayında market araşdırması ilə bağlı daha əvvəl hazırladığı materiallar:
Ərzaq məhsulları üzrə:
- Ərzaq məhsullarının 6 aylıq qiymət dinamikası - BAZARSTORE
- "Bravo" supermarketdə ərzaq məhsulları: 5 faizdən çox bahalaşma - CƏDVƏL
- “Rahat” marketlərdə ərzaq məhsullarının qiyməti - MÜQAYİSƏLİ CƏDVƏL
- "Tamstore"də ərzaq məhsullarında 10 faiz bahalaşma - CƏDVƏL
- “Araz” marketlərdə ərzaq məhsullarının qiyməti - CƏDVƏL
Təmizlik və gigiyena məhsulları üzrə:
- Təmizlik və gigiyena vasitələri: “Bazarstore”də 13 faizə yaxın bahalaşma - CƏDVƏL
- "Bravo"da təmizlik və gigiyena vasitələrinin qiymətində 22 faz ARTIM - CƏDVƏL
Qeyd edək ki, marketlər Azərbaycanda bu sahədə fəaliyyət göstərən ən iri şirkətlər qrupuna daxil olanlar sırasından seçilib. Qeyd edək ki, “Bazarstore”, “Al market” - "Azərsun Holdinq"ə, “Araz”, “Spar”, “Favorit” və “OBA” marketlər şəbəkəsi "Veysəloğlu" şirkətlər qrupuna, “Bravo” - "Azərbaycan Supermarket" MMC-yə, “Rahat”, “Grandmart”, “Megastore”, “Bolmart”, “Bizim market” və “Novas Home” - “Grand-Mart” MMC-yə, “Tamstore” - "Avrora Qrup"a daxildir.