SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bravo supermarketdə ərzaq məhsulları: 5 faizdən çox bahalaşma - CƏDVƏL

"Bravo" supermarketdə ərzaq məhsulları: 5 faizdən çox bahalaşma - CƏDVƏL

Ərzaq məhsullarının qiymətlərindəki dəyişiklikləri izləmək məqsədilə Yurd.Media növbəti müqayisəli araşdırmasını ölkənin aparıcı market şəbəkələrindən biri olan "Bravo" marketlərindəki qiymətlər əsasında hazırlayıb.

Bu infoqrafikada gündəlik istehlak olunan əsas ərzaq məhsullarının mövcud qiymətləri və 6 ay əvvəlki qiymətləri müqayisəli şəkildə təqdim olunur.

Səbətdə şəkər, duz,çay, yumurta, ağartə məhsulları, yağlar, ət, un, makaron, dənli-paxlalı məhsulların ən geniş istifadə olunan çeşidləri seçilib. 2025-ci ilin sentyabr ayında təqdim etdiyimiz qiymət cədvəli ilə müqayisədə bu məhsulların qiymətində 5,4 faiz artım müşahidə olunur.

Yurd.Media-nın 2026-cı il aprel ayında market araşdırması ilə bağlı daha əvvəl hazırladığı materiallar:

- Ərzaq məhsullarının 6 aylıq qiymət dinamikası - BAZARSTORE

Qeyd edək ki, marketlər Azərbaycanda bu sahədə fəaliyyət göstərən ən iri şirkətlər qrupuna daxil olanlar sırasından seçilib. Qeyd edək ki, “Bazarstore”, “Al market” - "Azərsun Holdinq"ə, “Araz”, “Spar”, “Favorit” və “OBA” marketlər şəbəkəsi "Veysəloğlu" şirkətlər qrupuna, “Bravo” - "Azərbaycan Supermarket" MMC-yə, “Rahat”, “Grandmart”, “Megastore”, “Bolmart”, “Bizim market” və “Novas Home” - “Grand-Mart” MMC-yə, “Tamstore” - "Avrora Qrup"a daxildir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları