Azərbaycanda əhalinin gündəlik büdcəsinə ən çox təsir edən amillərdən biri də ərzaq və gündəlik tələbat mallarının qiymətləridir.
Yurd.Media ölkənin aparıcı marketlər şəbəkəsindəki qiymətlərin müqayisəli şəkildə təqdimatını hazırlayır. İldə 2 dəfə hazırlanan infoqrafikalarda 6 aylıq və illik qiymət dinamikası əks olunur.
Hazırki infoqrafika "Bazarstore" şəbəkəsində əsas ərzaq məhsullarının qiymətini əks etdirir. Səbətdə şəkər, duz,çay, yumurta, ağartə məhsulları, yağlar, ət, un, makaron, dənli-paxlalı məhsulların ən geniş istifadə olunan çeşidləri seçilib. 2025-ci ilin sentyabr ayında təqdim etdiyimiz qiymət cədvəli ilə müqayisədə bu məhsulların qiyməti 8,5 faiz artım müşahidə olunur.


Qeyd edək ki, marketlər Azərbaycanda bu sahədə fəaliyyət göstərən ən iri şirkətlər qrupuna daxil olanlar sırasından seçilib. Qeyd edək ki, “Bazarstore”, “Al market” - "Azərsun Holdinq"ə, “Araz”, “Spar”, “Favorit” və “OBA” marketlər şəbəkəsi "Veysəloğlu" şirkətlər qrupuna, “Bravo” - "Azərbaycan Supermarket" MMC-yə, “Rahat”, “Grandmart”, “Megastore”, “Bolmart”, “Bizim market” və “Novas Home” - “Grand-Mart” MMC-yə, “Tamstore” - "Avrora Qrup"a daxildir.