2025/2026-cı tədris ilində Azərbaycanda dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində ümumilikdə 7 min 716 xarici vətəndaş təhsil alıb.
Yurd.Media "Yeniavaz.com"a istinadən xəbər verir ki, onların 1 306 nəfəri MDB ölkələrinin, 6 410 nəfəri isə digər ölkələrin vətəndaşlarıdır.
Qeyd edək ki, Azərbaycanda ali təhsil müəssisələrində təhsil alan xarici tələbələrin sayı əvvəlki tədris ili ilə müqayisədə 244 nəfər və ya 3,3 faiz artıb.
Əcnəbi tələbələrin sayına görə ilk yerdə Türkiyə qərarlaşıb. Belə ki, bu ölkədən Azərbaycanda ali təhsil alanların sayı 3 494 nəfər təşkil edib.
İkinci yerdə 943 tələbə ilə Rusiya, üçüncü yerdə isə 872 tələbə ilə Gürcüstan qərarlaşıb.
İran 735 tələbə ilə dördüncü, Pakistan 295 tələbə ilə beşinci yerdədir.
2025/2026-cı tədris ilinin əvvəlinə Azərbaycanda təhsil alan xarici tələbələrin ölkələr üzrə sayı belə olub:
Türkiyə – 3 494 tələbə
Rusiya – 943 tələbə
Gürcüstan – 872 tələbə
İran – 735 tələbə
Pakistan – 295 tələbə
Hindistan – 247 tələbə
Suriya – 114 tələbə
Çin – 101 tələbə
Qazaxıstan – 97 tələbə
Ukrayna – 69 tələbə
Tacikistan – 62 tələbə
Türkmənistan – 54 tələbə
Nigeriya – 53 tələbə
Sudan – 50 tələbə
Özbəkistan – 43 tələbə
İraq – 39 tələbə
Əfqanıstan – 35 tələbə
İordaniya – 33 tələbə
Misir – 32 tələbə
Yəmən – 32 tələbə
Banqladeş – 26 tələbə
Fələstin – 20 tələbə
Somali – 18 tələbə
Qırğızıstan – 17 tələbə
Belarus – 16 tələbə
Çad – 11 tələbə
Mərakeş – 8 tələbə
Almaniya – 7 tələbə
İsrail – 7 tələbə
İndoneziya – 7 tələbə
Böyük Britaniya – 6 tələbə
Filippin – 6 tələbə
Şri-Lanka – 6 tələbə
Moldova – 5 tələbə
Qana – 5 tələbə
Birləşmiş Ərəb Əmirlikləri – 4 tələbə
Kamerun – 4 tələbə
Livan – 4 tələbə
Liviya – 4 tələbə
Mozambik – 4 tələbə
Uqanda – 4 tələbə
Estoniya – 3 tələbə
Qambiya – 3 tələbə
Latviya – 3 tələbə
Liberiya – 3 tələbə
Zimbabve – 3 tələbə
ABŞ – 2 tələbə
Anqola – 2 tələbə
Baham adaları – 2 tələbə
Bolqarıstan – 2 tələbə
İtaliya – 2 tələbə
Kanada – 2 tələbə
Keniya – 2 tələbə
Şimali Koreya – 2 tələbə
Cənubi Koreya – 2 tələbə
Küveyt – 2 tələbə
Litva – 2 tələbə
Malavi – 2 tələbə
Maldiv adaları – 2 tələbə
Tanzaniya – 2 tələbə
Çexiya – 1 tələbə
Danimarka – 1 tələbə
Eritreya – 1 tələbə
Əlcəzair – 1 tələbə
Fransa – 1 tələbə
İsveç – 1 tələbə
Kolumbiya – 1 tələbə
Mavrikiy – 1 tələbə
Meksika – 1 tələbə
Norveç – 1 tələbə
Oman – 1 tələbə
Səudiyyə Ərəbistanı – 1 tələbə
Syerra-Leone – 1 tələbə
Tailand – 1 tələbə
Yaponiya – 1 tələbə
Zambiya – 1 tələbə
Digər ölkələr – 71 tələbə
