SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Marketlərdə sentyabr ayı üçün ərzaq məhsullarının qiyməti – MÜQAYİSƏLİ İNFOQRAFİKA

Marketlərdə sentyabr ayı üçün ərzaq məhsullarının qiyməti – MÜQAYİSƏLİ İNFOQRAFİKA

Azərbaycanda əhalinin gündəlik büdcəsinə ən çox təsir edən amillərdən biri də ərzaq və gündəlik tələbat mallarının qiymətləridir.

Yurd.Media ictimai marağı nəzərə alaraq iri marketlərdə qiymətlərin araşdırılmasına və müqayisəli təqdimatına start verir.

İnfoqrafika ilə təqdim olunan materialların məqsədi müxtəlif marketlərdə satılan eyni məhsullar üzrə qiymət fərqlərini göstərmək, istehlakçılara daha sərfəli seçim imkanı yaratmaq və ictimaiyyətin maarifləndirilməsinə töhfə verməkdir.

Monitorinq ölkənin müxtəlif iri market şəbəkələrini əhatə edəcək və nəticələr mütəmadi olaraq təqdim olunacaq. Məqsədimiz yalnız qiymət fərqlərini deyil, eyni zamanda təqdim olunan endirimləri də izləməkdir.

Marketlər Azərbaycanda bu sahədə fəaliyyət göstərən ən iri şirkətlər qrupuna daxil olanlar sırasından seçilib. Qeyd edək ki, “Araz”, “Spar”, “Favorit” və “OBA” marketlər şəbəkəsi "Veysəloğlu" şirkətlər qrupuna,Bazarstore”, “Al market” - "Azərsun Holdinq"ə, “Bravo” - "Azərbaycan Supermarket" MMC-yə, “Rahat”, “Grandmart”, “Megastore”, “Bolmart”, “Bizim market” və “Novas Home” - “Grand-Mart” MMC-yə, “Tamstore” - "Avrora Qrup"a daxildir.

Eyni zamanda bildirək ki, bir sıra populyar məhsullar bu holdinqlərə məxsus olan şirkətlər tərəfindən istehsal edilir. Müqayisə zamanı istehsalçının üstünlüyünün olmaması üçün araşdırma zamanı həmin markaların digər analoqları seçilib.

İlk müqayisəli infoqrafika marketlərdə satılan ən çox istifadə olunan ərzaq məhsullarının qiyməti ilə bağlıdır. Seçilmiş məhsullara alıcılar ümumilikdə 100 manata yaxın xərc çəkməli olacaqlar. Bu məhsullara ən az “Bravo”da – 100,85 manat, ən çox “Rahat” marketdə - 107,46 manat xərclənəcək. Müxtəlif məhsullara hər mağazada endirim aksiyaları da mövcuddur, bu səbəbdən də göründüyü kimi bəzi markalarda kəskin qiymət fərqi var. Yurd.Media irəlidəki dövrdə endirimli məhsulların da ayrıca siyahısını tərtib edəcək.

 *Bravo öz qablaşdırması olan Milvana markasını satır

Prime Leasing